Bank Of Baku

Nazirlik: Doktoranturaya qəbul imtahanlarının nəticələri Təhsil Nazirliyinə göndərilməyib

Nazirlik: Doktoranturaya qəbul imtahanlarının nəticələri Təhsil Nazirliyinə göndərilməyib
# 29 noyabr 2012 12:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanları noyabrın 22-də artıq başa çatıb. İmtahanların nəticələri hər bir təhsil müəssisəsində yaradılan qəbul komissiyası və doktorantura şöbəsində baxıldıqdan sonra müəyyən zaman ərzində Təhsil Nazirliyinə təqdim edilməli idi. Ancaq doktoranturaya qəbul imtahanlarının nəticələri hələ ki nazirliyə göndərilməyib”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib. O bildirib ki, imtahanlardan sonra hesabatların yazılması, sənədlərin hazırlanması müəyyən zaman alır. Şöbə müdirinin sözlərinə görə, hesabatlar ali məktəblər tərəfindən vaxtında nazirliyə göndərilməlidir ki, müəyyən araşdırma aparılsın və yekun nəticələr zamanında açıqlansın.

 

Qeyd edək ki, TN bu il sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul məqsədilə büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayırıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada büdcə hesabına təhsil almaq üçün 288, ödənişli əsaslarla təhsil üçün isə 89 yer müəyyənləşib. Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 82, ödənişli əsaslarla 3 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə dissertantların təhkim olunması planında 80 yer büdcə hesabına, 9 yer ödənişli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR