Bank Of Baku

Nəqliyyat naziri Ziya Məmmədov Masallıda vətəndaşlarla görüşəcək

Nəqliyyat naziri Ziya Məmmədov Masallıda vətəndaşlarla görüşəcək
# 07 avqust 2013 11:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov avqustun 20-də saat 11:00-da Masallı şəhərindəki Gənclər Mərkəzində Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Astara  və Biləsuvar (Cəbrayıl)  rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşün məqsədi vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsindən ibarətdir.

 

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı avqustun 19-da saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

 

- Biləsuvar 40  saylı Yol İstismarı İdarəsi (Biləsuvar şəhəri, Vaqif  küçəsi, 1);

- Lənkəran 42 saylı Yol İstismarı İdarəsi (Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi 340);

- Lerik 43 saylı Yol İstismarı İdarəsi (Lerik şəhəri, Elmar Qarayev küçəsi 74);

- Yardımlı 44 saylı Yol İstismarı İdarəsi (Yardımlı şəhəri, Heydər Əliyev pr.110);

- Cəlilabad 56 saylı Yol İstismarı İdarəsi (Cəlilabad rayonu, Göytəpə qəsəbəsi, Qurtuluş küçəsi 121);

- Astara 52 saylı Yol İstismarı İdarəsi (Astara rayonu, Pensər kəndi, Ələt-Astara a/y 222);

Masallı 41 saylı Yol İstismarı İdarəsi (Masallı şəhəri, Talışxanov prospekti 1).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR