Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"a dəyişiklik edib. NK-dan APA-ya verilən xəbərə görə, dəyişiklik "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədilə edilib.
Dəyişikliyə əsasən “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 5-ci hissəsinə "məlumatlar tələb edə bilər" sözlərindən sonra “daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verə bilər" sözləri əlavə edilib.