Bank Of Baku

Ombudsman AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təşəkkürnaməsinə layiq görülüb

Ombudsman AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təşəkkürnaməsinə layiq görülüb
# 18 may 2013 10:30 (UTC +04:00)

Bakı-APA. Ombudsman Elmira Süleymanova AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təşəkkürnaməsinə layiq görülüb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Muzeyin direktoru, akademik Nailə Vəlixanlı təşəkkürnaməni 18 may - Beynəlxalq Muzeylər günü münasibətilə təqdim edib.

 

Müvəkkil  Azərbaycanın zəngin tarixinin təbliği, uşaq və gənclərə öyrədilməsi sahəsində xidmətlərinə, muzeylə səmərəli əməkdaşlığına, birgə ictimai,  elmi-mədəni tədbirlərin təşkilində böyük səylərinə  görə bu Təşəkkürnaməyə layiq görülüb.

 

Belə təşəkkürnamələr İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın yaratdığı, artıq on iki ildir ki, müntəzəm fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) tarix  məşğələlərində fəal iştirak etmiş, intellektual səviyyələrinə görə fərqlənmiş üzvlərinə də verilib.

 

Ombudsmanın   təşəbbüsü ilə  AUGSŞ ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi   arasında yaranmış səmərəli əməkdaşlıq çərçivəsində hər il şəbəkənin 30-dək  üzvü bu muzeyin əməkdaşlarının onlar üçün keçirdiyi təlim-məşğələlərdə  iştirak edir, öz dövlət müstəqilliyini bərpa etmiş ölkəmizin zəngin tarixi keçmişi, dərin köklərə malik dövlətçilik ənənələri, qədim memarlıq inciləri barədə ətraflı məlumat əldə edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR