Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları 15 saylı CM-də və Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar

Ombudsman Aparatının əməkdaşları 15 saylı CM-də və Bakı İstintaq Təcridxanasında araşdırma aparıblar
# 30 avqust 2013 13:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları avqustun 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində və Bakı İstintaq Təcridxanasında olub, Müvəkkilə müraciət edən məhkumlarla görüşüblər.

 

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər.

 

Bakı İstintaq Təcridxanasında 10 məhkum qəbul edilib, onların şikayətləri diqqətlə dinlənilib.

 

Qəbul edilmiş şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməyiblər.

 

Həmin məhkumlara hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah  edilmişdir.

 

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisənin rəhbərlərinə müvafiq tövsiyələr verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR