Bank Of Baku

Ombudsman daxili işlər nazirinə müraciət edib

Ombudsman daxili işlər nazirinə müraciət edib
# 12 fevral 2013 15:30 (UTC +04:00)

 

Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri bir sıra  rayon polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama yerlərinə (MSY) və psixiatriya müəssisələrinə başçəkmələr həyata keçiriblər.

 

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi, Bərdə, Tərtər, Yevlax, Ucar, Zərdab RPŞ-lərin MSY-lərinə, hazırda MSY-ləri olmayan Kürdəmir və Ağdam RPŞ-lərinə, habelə Kürdəmir Rayonlararası Psixiatriya Xəstəxanasına başçəkmələr zamanı bu müəssisələrdə saxlanılma şəraiti, rəftar və sənədləşmə araşdırılıb. Araşdırma zamanı əksər MSY-lərin standartlara uyğun olması müəyyən edilib. Qəbul edilmiş saxlanılan şəxslər müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər. Eyni zamanda İmişli və Beyləqan RPŞ MSY-lərin rəhbərliyinə şərait və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib.

 

Yaxın günlərdə Kürdəmir RPŞ MSY-nin yeni binası istifadəyə veriləcək, Zərdab RPŞ-nin yeni müasir standartlara uyğun binasının tikintisi bitmək üzrədir, Yevlax RPŞ üçün isə yeni binanın tikintisinə yaxın vaxtlarda başlanacaq.

 

Beyləqan və İmişli RPŞ-lərin MSY-lərində saxlanma şəraiti, Kürdəmir RPŞ-də isə sənədləşmə ilə bağlı pozuntularla əlaqədar Daxili İşlər Nazirliyinə müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR