Bank Of Baku

Oqtay Şirəliyev Qubada vətəndaşları qəbul edib - FOTO

Oqtay Şirəliyev Qubada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 14 may 2014 09:35 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bu gün Qubada vətəndaşları qəbul edib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba Regional Müalicə Diaqnostika Mərkəzində keçirilən görüşdə Quba ilə yanaşı ətraf Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri də iştirak edib.

 

Qəbulda vətəndaşların sağlamlıq problemləri, müalicə xərclərinin qarşılanması məsələləri, şikayət və təkliflər, işlə təminat və sair müraciətlər dinlənilib. Nazir bəzi müraciətləri yerində həll edib, digər müraciətlərin isə baxılmasına göstərişlər verib.

 

Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR