Bakı. Gülnar Bəşirova - APA. Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 30-u, saat 14:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Yeni korpusunda vətəndaşlar üçün qəbul keçirəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir qəbulda Şəki, habelə ətraf rayonlardan olan Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Şəki Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.