Bank Of Baku

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmuş abituriyentlərin qeydiyyatı başa çatıb

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmuş abituriyentlərin qeydiyyatı başa çatıb
# 19 sentyabr 2013 14:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2013/2014-cü tədris ili üçün ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı başa çatıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 16-dan başlayan qeydiyyat prosesi bu gün saat 17:00-da başa çatıb. Həmin vaxta  qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

 

Qeyd edək ki, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə 663 abituriyent, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə isə 1884 abituriyent qəbul olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR