Bank Of Baku

Ötən il Azərbaycanda 15 mindən çox insanda qalxanabənzər vəzi xəstəliyi aşkar olunub - FOTO

Ötən il Azərbaycanda 15 mindən çox insanda qalxanabənzər vəzi xəstəliyi aşkar olunub - <span style="color: red;">FOTO
# 25 may 2013 11:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə 25 may - Ümumdünya Qalxanabənzər Vəzi Günü münasibətilə Respublika Endokrinoloji Mərkəzi və Milli Onkologiya Mərkəzinin birgə keçirdiyi konfransda məlumat verilib.

 

Ölkənin baş endokrinoloqu Rafiq Məmmədhəsənov deyib ki, Azərbaycanda yod defisitli xəstəliklər ən çox Şəki, Balakən, Qaxda yayılıb. Lakin son araşdırmalar göstərir ki, Gədəbəy, Şəmkir, Qazax, Gəncədə və cənub bölgəsində də bu xəstəlik artıb: “Endokrinoloji patologiyalar içərisində şəkərli diabetdən sonra ikinci yeri qalxanvari vəzin patologiyaları tutur. Ona görə də əhalinin yodlaşdırılmış duzla təminatı geniş yayılmalıdır”.

 

Konfransda bildirilib ki, dünya üzrə qalxanabənzər vəzin böyüməsi insanların 10-30 faizində, qalxanabənzər vəzdə düyün isə 30 faiz insanlarda müşahidə olunur. 2001-ci ildə Milli Məclis tərəfindən yod çatışmazlıqlarının profilaktikasına dair qanun qəbul olunub. Ötən müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində ölkədə yod defisiti bir neçə dəfəyə qədər azalıb. Bütövlükdə Azərbaycan orta ağır yod defisitli regiondur.

 

Qalxanabənzər vəzini bütün orqanizmin dirijoru adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin anomal artması və ya azalması sinir, qan-damar, cinsiyyət sistemi, maddələr mübadiləsi pozğunluqlarına gətirib çıxarır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR