Bank Of Baku

Ötən il Dövlət Miqrasiya Xidməti 633 müəssisə və təşkilatda yoxlamalar aparıb - FOTO

Ötən il Dövlət Miqrasiya Xidməti 633 müəssisə və təşkilatda yoxlamalar aparıb - <span style="color: red;">FOTO
# 29 may 2013 12:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. 2012-ci ildə Dövlət Miqrasiya Xidməti tərəfindən 633 müəssisə və təşkilatda yoxlamalar aparılıb. APA-nın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə bildirib.

 

F.Nəbiyev qeyd edib ki, yoxlamaların nəticəsi olaraq onlardan 322-də qeyri qanuni əməklə məşğul olan miqrantlar aşkar edilib: “Əgər hər hansı şirkət əcnəbi vətəndaşları Azərbaycana gətirərək burda onları işlə təmin etmək istəyirsə, hər şey qanun çərçivəsində həyata keçirilməlidir. Azərbaycanın qanunları var və hər bir şirkət buna riayət etməlidir. Unutmaq lazım deyil ki, Azərbaycana gətirilən və burda yaşayan hər bir əcnəbinin hüquqlarını biz qoruyuruq. Qanunsuz olaraq Azərbaycana gətirilən əcnəbilər isə hüquqları pozulanda hara müraciət etmək lazım olduğunu belə bilmirlər. Lakin qanuni şəkildə ölkəyə daxil olan hər bir əcnəbinin hüquqları lazımi səviyyədə qorunur. Bir daha qeyd edirəm ki, hansı şirkət Azərbaycana işləmək üçün əcnəbi miqrantları gətirirsə, ölkə qanunvericiliyinə hörmət və riayət etməlidir”.


F.Nəbiyev həmçinin qeyd edib ki, xaricdən ölkəmizə işləmək üçün gətirilən əcnəbilərlə bağlı Nazirlər Kabineti tərəfindən kvota təsdiq edilib: “2013-cü ildə təsdiq edilmiş kvotaya əsasən bu il Azərbaycanda 12 min nəfər əcnəbi işləyə bilər. Lakin unutmamalıyıq ki, ölkə başçısı İlham Əliyevin tapşırığı var ki, Azərbaycanın iqtisadiyyatı bu gün inkişaf edirsə, ilk növbədə öz vətəndaşlarımız işlə təmin olunmalıdır. Biz də bu tapşırıqdan irəli gələn vəzifələri icra edirik. Bütün sahələr üzrə öz vətəndaşlarımız işlə təmin olunduqdan sonra biz şirkətlərə müraciət edərək əcnəbiləri burda işləməyə dəvət edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR