Bakı. Əli Əhmədov – APA-Economics. Ötən ildən etibarən Azərbaycanda hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə kompleks tədbirlər görülür. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov 2012-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, dövlət başçısının müvafiq fərmanlarına əsasən, büdcə vəsaiti hesabına 2012-ci ildə və 2013-cü ilin ilk 4 ayında 3,31 mln. manat sərf edilərək 200 hərbçi evlə təmin edilib.