Bank Of Baku

Əli Həsənov: “Bu gün Azərbaycanda əlillərin problemi dövlətin problemidir, bu, təkcə QHT-lərin problemi deyil”

Əli Həsənov: “Bu gün Azərbaycanda əlillərin problemi dövlətin problemidir, bu, təkcə QHT-lərin problemi deyil”
# 29 may 2013 14:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Bu gün Azərbaycanda əlillərin problemi dövlətin problemidir, bu, təkcə QHT-lərin problemi deyil”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası İctimai siyasi şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda keçirilən “QHT - Hökumət dialoqunun gücləndirilməsi” adlı tədbirdə çıxışı zamanı bildirib.

 

PA rəsmisi təsdiq edib ki, bu gün evsiz, müalicəyə ehtiyacı olan, ancaq lazımi müalicə ala bilməyən əlil də var: “İndi bunu Səhiyyə Nazirliyi müəyyən etməlidir ki, nəyə görə Azərbaycan tibbinin imkanları buna imkan vermir. Bu araşdırılmalıdır. Bütün bunlar dövlətin ümumi sosial məsələsidir”.

 

Ə.Həsənov onu da deyib ki, bu gün Azərbaycanda nəinki evsiz əlil, hətta evsiz məmur var. O, həmçinin tədbirdə qaldırılan diabet xəstəliyi ilə bağlı da məsələyə də münasibət bildirib: “Azərbaycan diabet xəstələrə ən çox qayğı göstərən ölkələrdən biridir. Dünyada bu tipli sağalmaz xəstəliklərlə bağlı qanun və dövlət proqramı qəbul edən, bu sahə üzrə ayrıca klinika yaradan ilk dövlətlərdən biri bizik. Hörmətli Mehriban xanımın bilavasitə dəstəyi və təşəbbüsü ilə bu sahə üzrə neçə-neçə dövlət proqramı qəbul olunub və həyata keçirilib. Ancaq bəllidir ki, bu sahə üzrə biz hər şeyi həll edə bilməmişik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR