Bank Of Baku

Paytaxt məktəbliləri arasında olimpiada qaliblərinin sayı artıb

Paytaxt məktəbliləri arasında olimpiada qaliblərinin sayı artıb
# 09 aprel 2013 12:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı şəhər məktəbliləri arasında keçirilən fənn olimpiadasının respublika mərhələsi başa çatıb. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, məktəblilər arasında keçirilən və ötən ilin noyabr ayından başlayan “bilik yarışı”nın final mərhələsinin nəticələri artıq bəllidir. Nəticələrə görə, respublika üzrə təşkil olunan yarışın qaliblərindən 102 nəfər Bakı məktəblərinin şagirdləridir. Onlardan 5 nəfər birinciliyi əldə edən şagirdlərdir.

 

Qeyd edək ki, fənn olimpiadasının respublika mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə biliklərini sınayıblar. Ötən illə müqayisədə olimpiadada qalibiyyət qazanan şagirdlərin sayı 10 nəfər artıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR