Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2013-cü ilin dekabr ayında Azərbaycanın tanınmış ictimai xadimi Kamran Əsəd oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.
Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ticarət və Sənaye Palatasının təkliflərini nəzərə almaqla, K. Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.