Bank Of Baku

Qalib Salahzadə: “Bakı kəndlərinin xəritələri düzgün tərtib edilməyib”

Qalib Salahzadə: “Bakı kəndlərinin xəritələri düzgün tərtib edilməyib”
# 21 may 2013 11:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Bakı kəndlərinin düzgün xəritələri hələ də hazırlanmayıb, hazırkı xəritələr isə düzgün tərtib edilməyib”. APA-nın məlumatına görə, bunu deputat Qalib Salahzadə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib. O bildirib ki, bu yaxınlarda Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları Bakının 10 kəndinin xəritəsini həmin kəndlərin bələdiyyə və kənd inzibati ərazi dairələrinə təqdim ediblər: “Lakin qəribəsi ondadır ki, bu xəritələrin heç biri düzgün tərtib olunmayıb və kəndlərin sərhədləri dəqiq göstərilməyib. Yenə də xəritələrdə çox kobud səhvlərə yol verilib. Hətta Bilgəh qəsəbəsinin yarısı ümumiyyətlə, xəritəyə düşməyib”.

 

Q. Salahzadə qeyd edib ki, bu xəritələrin olmaması Bakı kəndlərinin inkişaf perspektivinə ciddi mane olur və bu problem öz həllini tapmalıdır.

 

Komitə sədri Arif Rəhimzadə isə öz növbəsində bildirib ki, ölkə başçısının fərmanı ilə Bakının və Bakı kəndlərinin xəritəsinin hazırlanması üzrə işlər aparılır: “Təbii ki, Bakı ərazisi böyük olduğundan xəritənin hazırlanmasında problemlərin ortaya çıxması baş verir. Bu nöqsanlar aradan qaldırılmalıdır, bu istiqamətdə iş gedir və biz istərdik ki, iş daha səmərəli görülsün”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR