Bank Of Baku

QDİƏT ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun Bakı bəyannaməsi qəbul olunub

QDİƏT ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun Bakı bəyannaməsi qəbul olunub
# 27 noyabr 2012 14:53 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova – APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun Bakı bəyannaməsi qəbul olunub.

 

APA-nın məlumatına görə, bəyannamə müddəaları forumun təsis edilməsini, nizamnamənin qəbul edilməsini və fəaliyyətin davamlı əlaqələndirilməsi üçün Katibliyin yaradılmasını özündə əks etdirir.

 

“QDİƏT ölkələri hökumətlərinin regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, mövcud münaqişələrin beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə, etnik separatizmə və terrorizmə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə yönəlik təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının ictimai dəstəyi təmin edilsin” - deyə sənəddə qeyd edilir.

 

Daha sonra bəyannamədə QDİƏT ölkələrində demokratiyanın inkişafı və insan haqlarının qorunması məsələləri QHT-lərin diqqət mərkəzinə çəkilir: “Üzv ölkələrdə demokratiyanın inkişafı, insan hüquqları və  azadlıqlarının qorunması naminə bu dəyərləri bölüşən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi region QHT-ləri tərəfindən daim təşviq edilsin və onların bu yöndə həyata keçirdikləri layihələr dəstəklənsin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR