Bank Of Baku

Qəbələdə mürəbbə festivalı keçirilib - FOTO

Qəbələdə mürəbbə festivalı keçirilib - <span style="color: red;">FOTO
# 24 avqust 2013 16:15 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi festivalda Mədəniyyət və Turizm Nazirliyi, Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də minlərlə yerli sakin və turistlər iştirak edib.

Azərbaycanın mədəniyyəti və milli kulinariyasını təbliğ etmək məqsədilə keçirilən Qəbələ I Mürəbbə Festivalında Azərbaycanın 12 şəhər və rayonundan şirniyyatçılar iştirak ediblər. Onlar burada ən gözəl əl işlərini sərgiləməklə yanaşı satış yarmarkasında da iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün 7 nəfərdən ibarət xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən isə 12 nəfərdən ibarət münsiflər heyəti seçilib.

Festivalda iştirak etmək üçün Şəki, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Yevlax, Oğuz və Qəbələ rayonlarının hər birindən 12 çeşiddə mürəbbə hazırlayan 12 nəfər, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.

Qaydalara əsasən, hər iştirakçı 1 mürəbbə növü ilə yarışa qatıla bilər. Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarka, həmçinin Bakı, Qəbələ və respublikanın digər bölgələrinin bədii kollektivlərinin çıxışları təşkil edilib. Münsiflərin rəyi ilə ən yaxşı mürəbbə hazırlayan iştirakçılar üç nominasiya üzrə qalib elan olunub və onlara pul mükafatı və qiymətli hədiyyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR