Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurası 30 xarici QHT-yə maliyyə yardımı ayıracaq.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Şura sədri, deputat Azay Quliyev bildirib.
O qeyd edib ki, Şura həmin QHT-lərə 5 istiqamətdə mövzu təqdim edib: “I istiqamət insan hüquq və azadlıqlarının qorunması, II istiqamət Dağlıq Qarabağ probleminin həllində QHT-lərin rolunun artırılması və töhfələrin verilməsi, III istiqamət Xocalı soyqırımının tanıdılması, IV istiqamət mədəniyyətlərarası dialoqun gücləndirilməsi, V istiqamət İslamofobiya, ksenofobiya və hə cür irqçiliyə əleyhinə olan fəaliyyətin dəstəklənməsidir. Son illər dünyada bununla bağlı narahatlıqlar mövcuddur”.
A.Quliyev deyib ki, dünyanın ən tanınan nüfuzlu beynəlxalq qurumları bu müsabiqəyə qatılırlar: “Müəyyən səbəblərə görə bu müsabiqə haqqında çox detallı məlumatlar verə bilmirik. Elə məsələlər var ki, o detallar haqqında məlumatın verilməsi bizi istəməyən qüvvələrin fəallaşmasına gətirib çıxara bilər”.