Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası prezident seçkilərində maarifləndirmə və monitorinq aparacaq layihələri maliyyələşdirəcək - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası prezident seçkilərində maarifləndirmə və monitorinq aparacaq layihələri maliyyələşdirəcək - <span style="color: red;">FOTO
# 23 may 2013 08:53 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

 

O bildirib ki, maarifləndirə ilə bağlı layihədə seçicinin səsvermə zamanı hüquq və vəzifələri təbliğ olunacaq: “İkinci istiqamət isə seçkinin monitorinqinin təşkili ilə bağlı layihədir. Yenilik odur ki, ilk dəfə olaraq, QHT-lər koalisiya şəklində öz layihələrini təqdim edə biləcəklər. Koalisiyada minimum 5 QHT təmsil olunmalıdır. Hər bir layihəyə görə, maksimum maliyyə məbləği 50 min manat olacaq”.

 

Şura sədrinin sözlərinə görə, QHT-lərin qarşısında qoyulan vəzifənin vacibliyi ayrılan məbləğin artırılmasına səbəb olub: “Seçkini monitorinq edəcək QHT koalisiyaları tərəfindən təkliflər 2 mərhələdə qəbul ediləcək. Birinci mərhələdə ilkin layihə barədə məlumat öz əksini tapacaq. Qəbul olunacaq layihələrin sayında heç bir məhdudiyyət yoxdur. Layihələr standartlarla uzlaşacaqsa, təsdiq olunacaq. QHT-lərdən biri - operator kimi çıxış edən QHT-nin rəsmi dövlət qeydiyyatının olması vacibdir”. A. Quliyev layihə gerçəkləşdirəcək koalisiyanın özünün isə dövlət qeydiyyatına alınmasının tələb olunmadığını deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR