Quba. Vəli Turan – APA. Quba rayonunda mövcud olan 137 orta məktəbdən 26-sı qəzalı vəziyyətdədir, 31 məktəb binasının isə əsaslı təmirə ehtiyacı var. Quba rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanovun APA-ya verdiyi məlumata görə, həmin məktəblər əsasən dağ kəndlərində yerləşən təhsil ocaqlarıdır.
Onun sözlərinə görə, son illər Quba rayonunda 52 yeni məktəb binası inşa olunub, 28-i isə əsaslı təmir olunub. Təkcə bu təhsil ilində daha 6 məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulub: “Qəzalı məktəblərin inşası 2014-2018-ci illər üçün nəzərdə tutulan dövlət proqramına salınıb. Bu proqramın icrası nəticəsində Quba rayonunda qəzalı məktəb qalmayacaq”.