Bank Of Baku

Qulu Novruzov: «Azərbaycan dili hər zaman qoruyub saxlamalı və inkişaf etdirməli olan dəyərli bir sərvətdir»

Qulu Novruzov: «Azərbaycan dili hər zaman qoruyub saxlamalı və inkişaf etdirməli olan dəyərli bir sərvətdir»
# 18 fevral 2013 18:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Dilimiz bizim zəngin sərvətimizdir. Hər bir azərbaycanlı bu sərvəti qoruyub saxlamalıdır”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib. O bildirib ki, əgər dünyada minlərlə xalqın olduğunu nəzərə alsaq və onlardan yalnız 200-ə qədər xalqın dövlətə malik olduğunu qeyd etsək, 9 milyon yarım əhalisi olan Azərbaycanın nə qədər zəngin dilə sahib olmasının şahidi olarıq. Onun sözlərinə görə, Azərbaycan dili hər zaman qoruyub saxlamalı və inkişaf etdirməli olan  dəyərli bir sərvətdir”.

 

Q.Novruzov Azərbaycanda “Ana dilimizi sevək, sevdirək” adlı ümumrespublika müsabiqəsi keçirilməsinə də münasibət bildirib. O qeyd edib ki, hər ötən il tədbirə daha çox iştirakçı qatılır: “Bu il Azərbaycanda 1000-dən artıq məktəbdən 3 minədək şagird tədbirdə iştirak edir. Artıq Azərbaycanın elə bir rayonu, guşəsi yoxdur ki, o məktəblərdən tədbirə qatılmasın. Mən hər dəfə bu tədbirdə iştirak edəndə dilimizin gözəlliyinə, onun nə qədər zəngin dilə malik olduğumuzu bir daha şahidi oluram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR