Bank Of Baku

Qusar şəhər internat məktəbi ləğv edilib

Qusar şəhər internat məktəbi ləğv edilib
# 10 dekabr 2012 10:09 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) Qusar şəhər internat məktəbinin bazasında Qusar Peşə Liseyinin yaradılması haqqında qərar verib. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, Təhsil və Maliyyə nazirliklərinin razılaşdırılmış təklifi nəzərə alınaraq Təhsil Nazirliyinin Qusar şəhər internat məktəbi ləğv edilib.

 

Qərara əsasən, Maliyyə Nazirliyi Qusar Peşə Liseyinin maliyyələşdirilməsi üçün Qusar şəhər internat məktəbinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan vəsaitin rayonun yerli xərclərindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsinin müvafiq paraqrafı üzrə Təhsil Nazirliyinin büdcəsinə daxil edilməsini təmin etməlidir. Təhsil Nazirliyi Qusar Peşə Liseyinin fəaliyyətinin təmin edilməsi və ləğv edilmiş Qusar şəhər internat məktəbinin şagirdlərinin təhsillərini ərazidə yerləşən digər ümumtəhsil məktəblərində davam etdirməsi üçün zəruri tədbirlər həyata keçirməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR