Bank Of Baku

Rezidenturaya qəbul üzrə birinci imtahan sentyabrın 9-da keçiriləcək

Rezidenturaya qəbul üzrə birinci imtahan sentyabrın 9-da keçiriləcək
# 06 sentyabr 2013 08:42 (UTC +04:00)

APA-nın xəbərinə görə, TQDK-nın şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu avqustun 18-dən 23-dək aparılıb və 1297 nəfər elektron ərizəsini təsdiq etdirib. Onlardan 942 nəfəri qız, 355 nəfəri isə oğlanlardır.

 

Onun sözlərinə görə, birinci imtahan mərhələsi sentyabrın 9-da, ikinci mərhələnin imtahanı sentyabrın 10-da olacaq: “Birinci mərhələdə namizədlərin baza təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı 50-dən az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq”.

 

N.Əliyevin sözlərinə görə, rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR