Bank Of Baku

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni imtahanından 7233 nəfər uğurla keçib

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni imtahanından 7233 nəfər uğurla keçib
# 20 may 2013 15:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni imtahanından 7233 nəfər uğurla keçib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək hüququ olan 8407 abituriyentdən 327 nəfəri imtahana gəlməyib, 10 nəfəri isə imtahan qaydaların pozduğu üçün imtahan prosesindən kənarlaşdırılıb.

 

İmtahanda iştirak edən 8070 abituriyentdən 7233 nəfəri müsabiqə şərtini ödəyib və “məqbul” qiymət alıb. Onlardan 2977 nəfərini oğlanlar, 4256 nəfərini qızlar, 2158 nəfərini əvvəlki illərin məzunları, 5075 nəfərini isə cari ilin məzunları təşkil edir. 

 

Mayın 19-da keçirilən imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2013-cü il iyunun 23-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR