TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan nəticələri komissiyanın internet saytında yerləşdirilib.
Qeyd edək ki, imtahanda iştirak edən 8407 abituriyentdən 3611 nəfəri oğlan, 4796 nəfəri qızdır. 5779 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2628 nəfər isə əvvəlki illərin məzunlarıdır. 22 abituriyent ali təhsil müəssisələrinin məzunları, 281 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdür. İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılıb. Müxtəlif binalarda 10 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və sual kitabçalarını dəyişdikləri üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.
“Qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 23-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə biləcəklər.