Bank Of Baku

Sabah abituriyentlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Sabah abituriyentlər üçün növbəti sınaq imtahanı keçiriləcək
# 20 aprel 2013 11:39 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Aprelin 21-də Azərbaycanda ali məktəbə hazırlaşan abituriyentlər üçün növbəti sınaq imtahanı keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, sınaq imtahanı respublikanın 28 şəhər və rayonunda 49 binada təşkil olunacaq. İmtahanda 35 minə yaxın abituriyentin iştirakı gözlənilir.

 

Sabahkı sınaq imtahanı TQDK-nın bu il ərzində keçirdiyi sayca 3-cü, yeni kitabça ilə olan 2-ci imtahanıdır. Sonuncu sınaq imtahanı mayın 26-da keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR