Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, axşam bəzi yerlərdə duman olacaq, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-8 dərəcə isti olacaq.
Yanvarın 3-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu 4 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, 2-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta təşkil edəcək.