Bank Of Baku

Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında dəyişkən buludlu hava şəraiti proqnozlaşdırılır
# 28 may 2013 09:58 (UTC +04:00)

Axşama doğru yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, sabah mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

 

Mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.

 

Mayın 29-da Azərbaycanın rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 12-17, gündüz 22-27 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.

 

Mayın 30-da da bölgələrdə gün ərzində əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 24-29 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR