Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Azərbaycanın rayonlarında da sentyabrın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 1-də gecə və axşam bəzi dağlıq bölgələrdə qısa müddətli yağış yağma ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.