Bakı. Könül Kamilqızı-APA. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, bəzi yerlərdə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, sabah şimal-qərb küləyi arabir güclənəcək, günün ikinci yarısında isə külək mülayimləşəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Mayın 28-də Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 12-17, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.
Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü, eyni zamanda rütubətli hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yarada bilər.