Bakı. Könül Kamilqızı-APA. Sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 0-3, gündüz 4-8 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.