Bank Of Baku

Sabah Azərbaycan paytaxtında yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sabah Azərbaycan paytaxtında yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 05 sentyabr 2013 10:09 (UTC +04:00)

Bakı. Gülnar Bəkirova-APA. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.


Sentyabrın 6-7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR