Bank Of Baku

Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq - VİDEO

Sabah Azərbaycanda hava şəraiti yağmurlu olacaq - <span style="color: red;">VİDEO
# 03 mart 2014 09:41 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, Bakı və Abşeron yarımadasında, o cümlədən rayonlarda nisbətən sabit hava şəraiti müşahidə olunacaq.

 

Bakı və Abşeron yarımadasında martın 4-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, səhər və axşam bəzi yerlərdə duman, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında martın 4-də hava şəraitinin əsasən qərb rayonlarında, axşama doğru isə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman, şərq küləyi  əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR