Bank Of Baku

Sabah Bakıda dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır

Sabah Bakıda dəyişkən buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır
# 03 sentyabr 2013 09:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, sabah mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

 

Sentyabrın 4-də Azərbaycanın bəzi dağlıq və dağətəyi bölgələrdə gecə və axşam qısa müddətli yağış yağma ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

 

Sentyabrın 6-dək Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdü, güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR