Bank Of Baku

Sabah Bakıda və bəzi rayonlarda qar və çovğun gözlənilir

Sabah Bakıda və bəzi rayonlarda qar və çovğun gözlənilir
# 29 yanvar 2014 10:29 (UTC +04:00)

Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə və gündüz 0-2 dərəcə isti, axşam 3 dərəcəyədək şaxta olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında yanvarın 30-da arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

 

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR