Bank Of Baku

TQDK prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək

TQDK prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək
# 29 yanvar 2014 09:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə yanvarın 31-də prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, işə qəbulla bağlı ərizə qəbulu ötən il sentyabrın 2-dən dekabrın 31-dək prokurorluq tərəfindən aparılıb və 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 373  nəfərin namizədliyi qeydə alınıb.

 

İmtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında başlanır. İmtahanın keçirilməsi qaydaları namizədlərə “Yaddaş kitabçası”nda təqdim olunub. Namizədlər 27-30 yanvar tarixlərdə saat 09:15-dən 18:00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, “Yaddaş kitabçası”nı və “Test imtahanına buraxılış vərəqəsi”ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından ala bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR