Bank Of Baku

Sağlamlıq imkanları məhdud uşaqların psixo-fiziki inkişafına dəstək Mərkəzinin açılışı olub

Sağlamlıq imkanları məhdud uşaqların psixo-fiziki inkişafına dəstək Mərkəzinin açılışı olub
# 03 sentyabr 2013 12:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Uşaq Bərpa Mərkəzində Sağlamlıq imkanları məhdud uşaqların psixo-fiziki inkişafına dəstək Mərkəzinin açılışı olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yeni mərkəz prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək” İctimai Birliyi tərəfindən yaradılıb.

 

Mərkəzin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların reabilitasiyasının yalnız tibbi üsullarla (dərman, aparat fizioterapiyası və s. istifadə edilməklə) deyil, qabaqcıl dünya təcrübəsinə istinad olunmaqla, sosial tibbi model üzrə, yəni aktiv fizioterapiya, ergoterapiya, oyun terapiyası, art terapiya kimi müasir metodlar əsasında aparmaqdır. Belə reabilitasiya metodları həmin uşaqlar üçün ənənəvi reabilitasiyadan daha effektiv təsir göstərir. Mərkəzdə Daun sindromu, autizm sindromu, nitq problemi, diqqət və yaddaş pozğunluğu, Pil, əzələ bağlılığı və tonusu olan uşaqların müəyyən olunması üçün müasir metodlarla diaqnozlar qoyulacaq, hər bir uşağa fərdi inkişaf planı üzrə xidmətlər göstəriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR