Bank Of Baku

Şahbuz rayon mərkəzinin genişləndirilməsi nəzərdə tutulur

Şahbuz rayon mərkəzinin genişləndirilməsi nəzərdə tutulur
# 12 fevral 2013 09:30 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər nəzərdə tutulur.

 

APA-nın xəbərinə görə, bununla bağlı qanun layihəsi parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

 

Komitə sədri Arif Rəhimzadənin sözlərinə görə, dəyişikliklərdə nəzərdə tutulur ki, Şahbuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Şahbuz şəhəri ilə həmsərhəd olan Ayrınc kəndinin ərazisindən 92,8 ha, Daylaqlı kənd inzibati ərazi dairəsi tərkibindəki Daylaqlı kəndi ərazisindən 274,8 ha torpaq sahələri, habelə ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət Reyestrindən çıxarılan Qarababa kəndinin 1454 ha təşkil edən ərazisi bütövlükdə Şahbuz şəhərinin inzibati ərazisinə verilsin. Həmçinin ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət Reyestrindən çıxarılmış Qarababa kənd inzibati ərazi dairəsinin mərkəzi Qarababa kəndindən Ayrınc kəndinə keçirilsin və Qarababa kənd inzibati ərazi dairəsi Ayrınc kənd inzibati ərazi dairəsi hesab edilsin.

 

Qanun layihəsi geniş müzakirə olunmadan parlamentin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR