Bank Of Baku

Şahin Mustafayev Şirvanda vətəndaşları qəbul edib - FOTO

Şahin Mustafayev Şirvanda vətəndaşları qəbul edib  - <span style="color: red;">FOTO
# 20 aprel 2013 13:19 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Aprelin 20-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Şirvan şəhərindəki Mədəniyyət Evində Şirvan, Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, İmişli, Hacıqabul və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə 60-dək vətəndaşın müraciətinə baxılıb. Bütün vətəndaşlar fərdi qaydada qəbul edilib. Qəbula yazılışlar açıq və şəffaf şəkildə aparılıb.

 

Müraciətlər əsasən işə qəbul, yol infrastrukturunun salınması, sahibkarlara və fermerlərə güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar problemlərin həll olunması, güzəştli ipoteka kreditlərinin verilməsində kömək göstərilməsi və eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların bir sıra müraciətləri üzrə məsələlər yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR