Bank Of Baku

Salyanda yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində regional müşavirə keçirilib

Salyanda yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində regional müşavirə keçirilib
# 30 may 2013 15:03 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı – APA. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin (DYNX) Muğan Regional Yanğın Nəzarəti İdarəsi (RYNİ) Salyanda yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində regional müşavirə keçirib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, regional müşavirədə dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər həyata keçirmək məqsədi ilə maarifləndirici çıxışlar edilib. Tədbirə Biləsuvar, İmişli, Sabirabad, Salyan, Saatlı, Hacıqabul və Neftçala rayon icra hakimiyyətləri, bələdiyyə, fermer təsərrüfatlarının nümayəndələri, texniki nəzarət müfəttişliyi, meşə təsərrüfatı işçiləri dəvət edilib.

 

Muğan RYNİ-nin rəisi Orxan Məmmədyarov Fövqəladə Hallar Nazirliyinin respublikada yanğın təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı zamanı, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunmasını daim diqqət mərkəzində saxladığını deyib: “Qarşıdan isə taxıl biçini gəlir. Odur ki, FHN DYNX-nin Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyanda Biləsuvar, İmişli, Sabirabad, Salyan, Saatlı, Hacıqabul və Neftçala rayon icra hakimiyyətləri, bələdiyyə, fermer təsərrüfatlarının nümayəndələri, texniki nəzarət müfəttişliyi, meşə təsərrüfatı işçiləri arasında maarifləndirmə işləri aparır. Kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, ot tayalarına, taxıl sahələrinə baxış keçirilib. Eyni zamanda yanğının qarşısının alınması üçün müvafiq texniki işçilər təlimatlandırılıb. Texnikaların ilkin yanğınsöndürmə vasitələrlə təmin olunması işinin vəziyyəti öyrənilib, texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlığı yoxlanılıb və onlardan necə istifadə edilməsi praktiki olaraq göstərilib”.

 

Sonda dənli və texniki bitkilərin yığılmasına hazırlıq, məhsul yığımı, onların daşınması və tədarük olunması dövründə yanğın təhlükəsizliyi ilə bağlı tövsiyələr verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR