Bank Of Baku

Səfirlik: Almaniya Azərbaycanda texniki-peşə təhsilinin səviyyəsinin Avropa standartlarına qaldırılmasında dəstək göstərməyə hazırdır

Səfirlik: Almaniya Azərbaycanda texniki-peşə təhsilinin səviyyəsinin Avropa standartlarına qaldırılmasında dəstək göstərməyə hazırdır
# 02 oktyabr 2013 10:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Almaniya Azərbaycanda texniki-peşə təhsilinin səviyyəsinin Avropa standartlarına qaldırılmasında tam dəstək göstərməyə hazırdır. APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu istiqamətdə artıq Təhsil Nazirliyi ilə birgə işlərə başlanılıb. V.Mössinger qeyd edib ki, özəl sektorun belə tədris layihələrində də iştirak etməsi çox vacibdir: “Burada təhsil alan hər bir şagird özəl sektorun işçiləri olacaq və şirkətlərin də belə peşəkar işçilərə ehtiyacı var. Almaniyada texniki-peşə təhsili sahəsində çox böyük uğurlar əldə edilib. Ümid edirik ki, bu uğurlar zamanla Azərbaycanda da tətbiq etmək mümkün olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR