Bank Of Baku

Səhiyyə Nazirliyi 13 dönər satışı müəssisəsinin sahiblərini cəzalandırıb

Səhiyyə Nazirliyi 13 dönər satışı müəssisəsinin sahiblərini cəzalandırıb
# 03 sentyabr 2013 08:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Bu ilin avqust ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 13 dönər satışı sahəsində yoxlamalar və müayinələr aparılıb. Bu müəssisələrin sahibləri müvafiq qaydada cəzalandırılıb, 1 dönər sahəsinin fəaliyyəti dayandırılıb”. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev məlumat verib.

 

O bildirib ki, yoxlama aparılan 13 müəssisənin cərimə olunması haqqında qərar çıxarılıb və cərimələr ayrı-ayrılıqda rayon icra hakimiyyətlərinə göndərilib. İ. Abdullayevin sözlərinə görə, cərimələri könüllü ödəyənlər ödəyib, ödəməyənlər isə məcburi icraya yönəldilib.

 

RGEM-in şöbə müdiri qeyd edib ki, bu ilin 6 ayı ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində 57 dönər sahəsində yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində toyu dönəri satan və sanitariya qaydalarını ciddi pozan müəssisələr haqqında inzibati tədbirlər görülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR