APA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin iclasında Səhiyyə Nazirliyinin şöbə rəisi Gülmirzə Poladov deyib.
O bildirib ki, hazırda Azərbaycanda 500-ə yaxın özəl tibb müəssisəsi fəaliyyət göstərir. Şöbə müdiri təklif edib ki, qanun qəbul olunandan sonra ilk 5 il müddətində süni mayalandırmanı yalnız dövlət tibb müəssisələri həyata keçirsin: “Hamiləliyin süni yolla pozulması yalnız 12 həftədən sonra həkim komissiyasının rəyi ilə həyata keçirilə bilər və bu da “Reproduktiv sağlamlığın qorunması haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Yetkinlik yaşına çatmayanlarda hamiləliyin süni yolla pozulması onun və valideynlərinin arzusu ilə həyata keçirilə bilər”.
G.Poladov deyib ki, sənəddə hamiləliyin süni yolla pozulması ilə bağlı müddəalar qanunsuz abortların qarşısının alınmasına xidmət edərək, bu problemlə mübarizənin qanunvericilik bazasını yaradır.