Bank Of Baku

Səhiyyə Nazirliyi qanvermə aksiyalarına start verib

Səhiyyə Nazirliyi qanvermə aksiyalarına start verib
# 13 fevral 2013 12:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi tərəfindən ölkənin bütün tibb müəssisələrində qanvermə aksiyalarına start verilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013-cü il ərzində Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələri üzrə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib.

 

Qrafikə əsasən 12 fevral tarixindən səhiyyə müəssisələrində qanvermə aksiyalarına başlanılıb. Belə ki, 12.02.2013-cü il tarixində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 40 nəfər, 13.02.2013-cü il tarixində isə Respublika Neyrocərrahlıq Xəstəxanasında 66 nəfər tibb işçisi könüllü olaraq qan verib. Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR