Bank Of Baku

Səhiyyə Nazirliyində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib
# 29 dekabr 2012 11:31 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı-APA. Səhiyyə Nazirliyində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bu toplantının 2012-ci ilin yekunları ilə yanaşı ölkə səhiyyəsinin yeni inkişaf mərhələsinin 10 illiyinə təsadüf etdiyini bildirib. Nazir il ərzində görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqqında kollegiya iştirakçılarına məlumat verib.

 

Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G. Poladov kollegiya iştirakçılarına görülmüş işlər haqqında daha geniş danışıb. G.Poladov bildirib ki, 2012-ci ildə iqtisadiyyat və sosial sahənin inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaradıb. 2012-ci ilin səhiyyə üçün uğurlu il olduğunu, Azərbaycan səhiyyəsinin inamlı addımlarla irəliyə doğru getdiyini deyən G. Poladov qeyd edib ki, bu da məsuliyyəti daha artırmağa və gələcəkdə daha böyük nailiyyətlər əldə etməyə ruhlandırır.

 

Toplantının yekununda nazir Oqtay Şirəliyev bütün kollegiya iştirakçılarını habelə səhiyyə və tibb ictimaiyyətini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və 31 dekabr “Yeni il” bayramı münasibəti ilə təbrik edib, onlara can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR