Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı tətbiq olunub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə Səhiyyə Nazirliyində keçirilən geniş kollegiya iclasında çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bildirib.
Xüsusi nömrələnmiş və nəfis şəkildə hazırlanmış nişanlar nazir tərəfindən sahiblərinə təqdim olunub. İclasda əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə fərqlənən səhiyyə işçilərinin təltif edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4 bəndini əsas tutaraq Səhiyyə nazirinin əmri səsləndirilib və nişanlar təqdim olunub.