Bank Of Baku

Şəkidə "Gender və ya iş yerində əlillik məsələlərinə həssaslıq” mövzusunda təlim keçirilib - FOTO

Şəkidə "Gender və ya iş yerində əlillik məsələlərinə həssaslıq” mövzusunda təlim keçirilib - <span style="color: red;">FOTO
# 26 avqust 2013 10:23 (UTC +04:00)

Bakı-APA. Şəkidə "Gender və ya iş yerində əlillik məsələlərinə həssaslıq” mövzusunda növbəti təlim keçirilib. APA-nın məlumatına görə, təlim BMT İnkişaf Proqramı ilə Gənclər və İdman Nazirliyinin birgə dəstəyi sayəsində həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi çərçivəsində baş tutub.

Təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş gənclərə bu mövzu haqqında ətraflı məlumatların çatdırılması və onlarla birgə müxtəlif müzakirələrin aparılması olub.

Tədbirin təlimçisi SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasında ictimai vəkillik üzrə məsləhətçi Günel Səfərova tərəfindən təlim iştirakçıları üçün “Gender anlayışı”, “Gender zəminində zorakılıq və ayrıseçkilik”, “Əlilliyi olan insanların imtiyazları” və digər mövzularda təqdimatlar təqdim olunub. Eyni zamanda göstərilən mövzular ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR