Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün bu ilin sonuna kimi təxminən 73,2 mln. manat əlavə vəsait tələb olunur. «APA-Economics»in xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib: «Artımın maliyyələşməsini təmin etmək üçün heç bir problem yoxdur».
S.Müslümov qeyd edib ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edir: «Bu göstəriciyə görə, Azərbaycan MDB-də üçüncü yeri tutur. Qazaxıstanda əmək pensiyasının baza hissəsi 185 dollar, Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar, Ermənistanda 31,7 dollar təşkil edir».