Bank Of Baku

Səlim Müslümov: "Əlil uşaqlara müalicə üçün verilən müavinətlərin artırılması nəzərdə tutulmur"

Səlim Müslümov: "Əlil uşaqlara müalicə üçün verilən müavinətlərin artırılması nəzərdə tutulmur"
# 25 aprel 2014 10:59 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Bakı. “Hazırda Azərbaycan prezidentinin göstərişinə əsasən 18 yaşından yuxarı əlillərin müalicə üçün müavinətinin artırılması nəzərdə tutulur”.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir bildirib ki, sözügedən yaş həddində olan əlillərin aldığı vəsaitin yaşayış minimumunun üzərinə çıxarılması istiqamətində iş aparılır. Prezident tərəfindən əlillərə təqaüd müəyyən edildiyini deyən S. Müslümov hazırda əlillərin 67 manat müalicə pulu, üstəgəl 60 manat Prezident təqaüdü, müavinət aldığını açıqlayıb.

 

Nazirin sözlərinə görə, əlil uşaqlar ailələrin sərəncamında olduğu üçün onların müavinətlərinin artırılması nəzərdə tutulmur. Amma bunun gələcəkdə müzakirə edilməsi də istisna deyil: "Növbəti illərdə müalicə, dərmanların alınması ilə bağlı qiymətləri nəzərə alaraq, əlil uşaqlara verilən müalicə pulunun artırılması mümkün ola bilər. Ancaq hazırda onların müavinətlərinin 18 yaşına çatmış şəxslər kimi yaşayış minimumunun üzərinə çıxarılması nəzərdə tutulmayıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR